
"RegionTV.info"nun əldə etdiyi məlumata görə, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.
O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib.
Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.