Meksikada haciz üçün bir evə gələn polis qızı tərəfindən ölümə t'rk edilən və şiddətə məruz qalan 87 yaşlı adamı xilas edib.
Moderator.az xəbər verir ki, Guanajuato əyalətində Bonifakio Y. adlı bir kişi, Letisia S (54) adlı qızı tərəfindən bir otaqda saxlanılaraq işgəncəyə məruz qalıb.
Sadəcə çörək və su ilə qidalandığı söylənilən yaşlı adamın köməyinə haciz üçün evə gələn polis çatıb. Polisin evə gəldiyini eşidən yaşlı adam fəryad qopararaq kömək istəyib.
Ayaq üstə durmağa çətinlik çəkən adamın xəstəxanaya aparıldığı, daha sonra isə qocalar evinə yerləşdirildiyi ifadə edilib.