Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.
"RegionTV.info" xəbər verir ki, Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar mütəxəssislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.
****11:23
Bakıda güclü külək bir sıra fəsadlara səbəb olub.
"RegionTV.info" xəbər verir ki, külək Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin dam örtüyünü yerə atıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Külək şəhərin mərkəzi küçələrində ağacları da aşırıb.
Xəbəri paylaş