Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sədərək TM”-nin sahibi Yusif Qədimbəyli üçün karantin-zad yoxdur.. - Ata “Sədərək”də, oğul Vüqar Qədimbəyli Prezident Administrasiyasında

"RegionTV.info"
“Sədərək TM”-nin  sahibi Yusif Qədimbəyli Prezidentin göstərişini saymır?

Məlumat üçün qeyd edək ki, “Sədərək Ticarət Mərkəzi”  1995-ci ildə yaranıb və hazırda iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran, Çexiya, Polşa kimi bir sıra xarici ölkələrdən  idxal etdikləri məhsulları bu ticarət şəbəkəsində satırlar. Yəni  “Sədərək Ticarət Mərkəzi” Cənubi Qafqazın ən böyük topdansatış mərkəzlərindən biridir. 

Bu mərkəzin sahibinin  Yusif Qədimbəyli ( Qədimov ) olması barədə mətbuatda dəfələrlə yazılsa da, şirkətin əsl sahibinin kim olması haqda  müxtəlif  versiyalar var. 

Yeri gəlmişkən, Yusif Qədimbəyli bir neçə il əvvəl Nizami rayonu ərazisində, Qara Qarayev metrosunun düz çıxışında böyük ərazini hasarlayaraq  ticarət mərkəzi tikmək istəyirdi. Təsəvvür edin ki, körpə uşaqların hər gün oynadığı ərazini, sakinlərin keçdiyi səkini, yolu  hasara almışdı. Və məlumata görə, rəsmi sərəncam almaq üçün Bakının və Nizami rayonunun o zamankı rəhbərliyi ilə 1 milyon manata sövdələşmişdi. 

Ancaq  sakinlərin 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətləri öz nəticəsini verdi.
Xanım Əliyevanın qəti göstərişindən sonra həmin ərazidəki tikinti ləğv olundu. Və sakinlər rahat nəfəs aldı. Sonra həmin məhəllədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə AZAD MƏHƏLLƏ  layihəsi tətbiq olundu. Kim istəsə həmin əraziyə baş çəkib  hazırkı durumla tanış ola bilər. 

Deyəcəyimiz odur ki,  Yusif Qədimbəyli elə bilirdi ki, pulu varsa, hər şeyi edə bilər. Amma ona başa saldılar ki, get Sədərəkdə alverini elə və ayağını yorğanına görə uzat. 

Düzdür Yusif Qədimbəylinin Prezident Administarsiyasında olan dostları ona deyirdi ki, səbrli ol, həll edəcəyik. Amma alınmadı.  Və əvəzində onun yaxın dostu Yusif Qədimbəylinin oğlu  Vüqar Qədimbəylini  PA-na  vəzifəyə apardı.  Bütün bunlar öz yerində. İndi isə keçək  bugünkü duruma.  Yəqin diqqətli oxucular hiss edir ki, hər gün mətbuatda “Sədərək Ticarət Mərkəzi”  fəaliyyətə başlamağa  hazırlaşır, Sədərək  Ticarət Mərkəzində yanğın oldu və s kimi xəbərlər tirajlanır. 

Birincisi, bu xəbərlər  vətəndaşları çaşdırmaq, daha doğrusu, real vəziyyəti gizlətmək üçündür.
Çünki ölkədə koronavirus epidemiyasına, karantinə, qadağalara baxmayaraq Sədərək Ticarət Mərkəzi öz işindədir. Mərkəzdə alver də, ticarət də davam edir. 

Sadəcə, Yusif Qədimbəyli mətbuata xəbər ötürür ki, guya Mərkəz işləmir və yaxın zamanlarda  fəaliyyətə başlayacaq. 
Ölkə rəhbərliyinin, Nazirlər Kabinetinin, Operativ Qərargahın göstərişləri Yusif Qədimbəyli üçün önəmli deyil.  Əsas odur ki, icarədarlar işləsin və ayın sonunda pullar yığılsın. 

Bəs görəsən tez-tez Sədərək Ticarət Mərkəzində yanğın oldu, yanğın söndürüldü  və s kimi xəbərlər nə üçündür..? 
Bu barədə araşdırmamız davam edir. Unutmayaq ki, boş yerdən tüstü çıxmır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də