Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qəhvəni belə içməyin – Həkimlər xəbərdarlıq edir

Süd və ya qaymaq əlavə edilmiş soyumuş qəhvə sağlamlığınıza zərər verə bilər.
"RegionTV.info"nun   məlumatına görə, bunu “Sputnik”ə diyetoloq, qastroenteroloq Nuriya Dianova deyib.

Onun sözlərinə görə, otaq temperaturunda istənilən içkidə zamanla müxtəlif mikroorqanizmlər inkişaf etməyə başlayır. Bir neçə saat ərzində qara qəhvəyə heç bir şey olmasa da, süd və ya qaymaqlı qəhvəni masada, avtomobildə uzun müddət saxlamaq yaxşı deyil.

“Nəm bakteriya və mikroorqanizmlərin inkişafı üçün ən optimal mühitdir. Qəhvəyə süd əlavə etsəniz, onda mikroorqanizmlərin çoxalma riski dəfələrlə artır. Beləliklə, içkini növbəti bir saat ərzində içməlisiniz”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də