
"RegionTV.info"nun məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.
İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.
Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.