
"RegionTV.info" xəbər verir ki, Aviaşirkətdən verilən məlumata görə, Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslərin icrası 1 aprel tarixindən nəzərdə tutulur.
Uçuşlar Kiyevin "Borispol" (IATA: KBP) hava limanına həyata keçiriləcək. Reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.