Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərenerji”: Qarabağın 90%-i ilin sonunadək elektrik enerjisi ilə təmin olunacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.

"RegionTV.info xəbər verir ki, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib. “Azərenerji”nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb. O həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Z. Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq ki, oradan Xankəndinə, Laçına enerji paylanacaq.
“Azərenerji” rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisi tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də