
"RegionTV.info" xəbər verir ki, hadisə bu gün Qaradağ rayonunda yerləşən daş karxanasında baş verib.
Karxanada fəhləlik edən Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.