
"RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar.
Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib. Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.
