Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident Ramiz Mehdiyevi sədr vəzifəsindən azad etdi - SƏRƏNCAM



Prezident Ramiz Mehdiyevi sədr vəzifəsindən azad etdi - SƏRƏNCAMPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın sədri

Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri

Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bunadək Komissiyaya sədrliyi Ramiz Mehdiyev edirdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də