
"RegionTV.info" xəbər verir ki, keçmiş hərbçilər bildirirlər ki, Nikol Paşinyan erməni xalqının qürurunu, əzmini, döyüş ruhunu türklərin ayaqları altına atıb.
Jurnalistlərə müsahibə verən hərbçilər deyirlər ki, Paşinyan öz xoşu ilə getmək istəmir. Odur ki, Ermənistanı sonrakı bəlalardan qurtarmaq üçün ölkənin bütün hərbçiləri birləşməlidir.
“Şuşi kimi şəhəri itirmək xalqımız üçün böyük təhqirdir. Nikol bunları niyə dərk etmək istəmir?”, – deyə hərbçilər etiraz edirlər.