
"RegionTV.info"nun məlumatına görə, hadisə Xırdalan-Novxanı yolunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Xudiyev Elman Araz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.