
"RegionTV.info"nun məlumatına görə, ikinci yarış günündə 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) rəqib olub. 81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtlə (Braziliya) üz-üzə gələcək.
Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.