Gürcüstan peyvənd tədarükü ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır.
"RegionTV.info" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze Birinci kanalın "Günün mövzusu" proqramında deyib.
Nazirin sözlərinə görə, Gürcüstan vətəndaşları üçün Çin vaksini ilə peyvənd olunmaq imkanı yaradılacaq: "Biz bilirik ki, Çin vaksini ənənəvi metod üzrə hazırlanır. Buna görə də istisna etmirəm ki, vətəndaşlarımız arasında bu peyvəndə tələbat kifayət qədər yüksək olacaq".
E.Tikaradze qeyd edib ki, peyvənd tədarükü ilə bağlı İsraillə də danışıqlar aparılır.
Qeyd edək ki, Gürcüstana "Pfizer" vaksininin martın 22-dən sonra bir həftə ərzində çatdırılacağı gözlənilir.
Xəbəri paylaş