"RegionTV.info" bildirir ki, konseptual layihə rentabelli olduğundan Finlandiyada enerjidən asılılığı olmayan binaların inşasına maraq artmaqdadır. İlk belə ev Helsinkinin Aalto Universitetinin Arxitektura fakültəsinin tələbələri tərəfindən layihələndirilib.
Arxitektorların qarşısında duran əsas məsələlərdən biri də soyuq şimal şəraitində istilik itkisinin minimuma endirilməsi olduğundan, layihə zamanı əsas diqqət binanın xarici fasadına yönəldilib. Bu məqsədlə yüksək sıxlığa malik istilik izolyasiya edən elementlərdən istifadə olunub.