Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncənin Bağbanlar massivi zibil poliqonuna çevirilib-Bəs qurumlar hara baxır?- VİDEO+FOTOLAR

Gəncənin Bağbanlar yaşayış ərazisi zibilliyə çevirilib, aidiyatı qurumlar isə məsələyə biganə yanaşır”.

Bu barədə "RegionTV.info"ya  Gəncə şəhəri Təbriz küçəsi, 5-ci döngədə yaşayan sakinləri məlumat verib. Bildiriblər ki, dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, heç bir nəticəsi olmayıb:

“Biz Bağbanlar qəsəbəsi, Təbriz küçəsi, 5-ci döngə, 48 saylı evdə yaşayırıq. 5 ilə yaxındır ki, yaşadığımız evin arxa tərəfini əsl tullantı və zibil poliqonuna çeviriblər. 30-a yaxın ailənin və yaxınlıqda olan iaşə obyektlərinin bütün tullantıları məhləmizin arxasına boşaldılır. Pandemiyanın tüğyan etdiyi günlərdə bu üfunətin əlindən pəncərələri açmaq mümkün deyil. Hər gün gecə saatlarında zibil tökən avtomobilin səs-küyü rahatlığımıza son qoyub. Ərazinin natəmizliyi və oradan gələn üfunət iyi, ağcaqanadların, siçovulların, siçanların əlindən qapıları açmaq mümkün deyil. Bir sözlə, cəhənnəmi gözlə görürük. Dəfələlərlə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin məsul şəxslərinə müraciət etmişik, ancaq heç bir nəticəsi olmayıb”.
 
1 
Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi aparır. Tullantılarla bağlı işlərin necə görüldüyünə ictimai birliklər və sakinlər də nəzarət edə bilər.

Məlumat üçün onu da qeyd edək ki, polisin tullantılara nəzarət etmək hüququ var və bu qanunla tənzimlənir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən gəncə şəhəri ərazisində bu günə kimi sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasına görə hansısa bir akt və protokol tərtib edilibmi?

Şəhərin Bağbanlar yaşayış massivinin sakinləri ümid edirlər ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov cənabları sözügedən problemin çözülməsi üçün aidiyyatı qurumlara müvafiq göstəriş və tapşırıqlarını verəcəkdir.

Redaksiya olaraq qeyd edək ki, mövcud vəziyyətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mətbutla “işləyən” “böyük adamı” Həsən müəllimə ulaşmaq cəhdimiz isə nəticəsiz qaldı. Buna baxmayaraq yazıda adıkeçən qurumların mövqeyini dərc etməyə hazırıq.
"RegionTV.info"  Gəncənin Bağbanlar yaşayış massivindəki bu müdhiş mənzərəni  təqdim edir:

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də