
Məsələ ilə bağlı "RegionTV.info"ya açıqlama verən Nizami Rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib ki, məzarlıqda olan qurumuş gül və əklillər yığışdırılaraq bir kənara qoyulub. Bunları isə maşın gəlib aparır: “İstəyirik ki, ora nümunəvi şəhidlər xiyabanı olsun. Qara bayramla əlaqədar yenidən şəhidlərin məzarı önünə gül və bayraqlar düzüləcək. Artıq müəyyən şirkətlərlə danışıqlar aparırıq. Götürülən isə hamısı qurumuş güllər idi”.
Qoşqar Məmmədov onu da əlavə edib ki, yerə atılanlar qurumuş çələnglərin üzərində olan bayraq şəkilli lentlərdir. Onlar sadəcə olaraq bir kənara yığılıb ki, maşın gəlib aparsın.