Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları bu tarixdə işləməyəcək - RƏSMİ
Tarix: 5-03-2021, 16:58Xəbərə baxış: 125
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 6, 7 və 8 mart günləri hərəkətdə olmayacaq. "RegionTV.info" xəbər verir ki, Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat daxil olub. Elektrik qatarlarının 9 mart tarixindən etibarən cari cədvəl üzrə hərəkəti bərpa olunacaq.