Şirvan şəhər sakinləri qanunsuz ov etdiklərinə görə saxlanılıblar
Tarix: 5-03-2021, 15:42 Xəbərə baxış: 165
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Minbaşı kəndi ərazisində qanunsuz ov edən Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyevi saxlayıblar."RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.
Faktla bağlı araşdırma aparılır.