Gürcüstan bu gündən etibarən Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları üçün hava sərhədlərini açıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, Mərkəzi Asiyanın 4 ölkəsindən Gürcüstana hava yolu ilə səfər edəcək vətəndaşlar PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə ölkə ərazisinə daxil ola biləcəklər. Əcnəbi ziyarətçilərin üç gündən sonra öz hesablarına PCR testdən keçməklə bağlı öhdəlikləri olacaq.
Xəbəri paylaş