
"RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.
Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.