
"RegionTV.info" xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Ev Palm Biç kurort şəhərində yerləşir. Mülk Trampın indi yaşadığı Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşir. Malikanənin gələcək sahibinin keçmiş prezidentin qolf klubuna tam üzvlük alacağı da qeyd olunur.
İkimərtəbəli malikanə təxminən 3 185 kvadratmetr sahəyə malikdir, orada səkkiz yataq otağı, doqquz hamam otağı, kitabxana, qonaq otağı, şüşəli teras var. Bina 1956-cı ildə tikilsə də, sonradan orada müasir üslubda təmir işləri aparılıb. Evin əsas xüsusiyyəti okeana və boş çimərliyə açılan panoramik terrasın olmasıdır.