Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda daha bir ödəmə terminalını oğurlayan şəxslər tutuldu-FOTO/VİDEO

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3 510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassasından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb.

"RegionTV.info"  xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsi və 40-cı Polis Bölməsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri birgə əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar.

Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

"Ramin Mahmudov və Rəvan Hümbətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildiirlib.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də