Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.
"RegionTV.info" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
***10:07
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başlayıb.
BAKU.WS xəbər verir ki, qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci il fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbov da var.
Xəbəri paylaş