
Bu barədə bəzi KİV və sosial şəbəkələrdə bildirilir.
Qeyd edilir, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.
Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.
Məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq.
"RegionTV.info" xəbər verir ki, qurumdan BAKU.WS-ə bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur. Brifinqin təşkil olunması barədə də məlumatın olmadığı vurğulanıb.