Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda daha 442 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutkada daha 442 nəfər COVID-19-a yoluxub.

"RegionTV.info"   xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 173 749-a çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 3 215-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 822 nəfərdir. İndiyədək 164 463 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 249 aktiv koronavirus xəstəsi var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də