Leyla Abdullayeva: "Azərbaycan iqtisadi azadlığa görə dünyada 38-ci yerə yüksəlib"
Tarix: 5-03-2021, 09:35Xəbərə baxış: 121
“Azərbaycan göstəricilərini yaxşılaşdıraraq 2021-ci ildə iqtisadiyyatını İqtisadi Azadlıq İndeksində ən azad ölkələr siyahısında 38-ci yerə yüksəldib və “Ən azad kateqoriyaya” daxil olub”.
"RegionTV.info" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb. “İrəliləməyə davam edirik”, - XİN rəsmisi əlavə edib.