
Türkiyənin 4 rayonunda insan alverinə qarşı təşkil edilən əməliyyat zamanı tükürpədici faktlar üzə çıxıb.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı 15 şübhəli yaxalanıb, 13 qadın xilas edilib.
Xilas edilən qadınlardan 32 yaşlı N.D-nın həyat hekayəsi ürəkbulandırır.
Belə ki, N.D-nın taksi sürücüsü olan həyat yoldaşı tərəfindən fahişəliyə məcbur edildiyi üzə çıxıb. Ən dəhşətli məqam isə budur ki, qadını müştərilərlə görüşə əri özü aparırmış.
Faktla bağlı araşdırma gedir.
