"RegionTV.info"
COVID-19 pandemiyası səbəbindən aviabiletləri ləğv olunan sərnişinlərə biletlərini bərpa etmək imkanı yaranıb. Bunun üçün vətəndaşlar sadəcə ötən zaman ərzindəki tarif fərqini ödəməli olacaqlar. Buna razı olmayanlar isə ödədikləri məbləği geri ala biləcəklər. Bu, hansı halda baş verə bilər?
COVİD-19 pandemiyasına görə AZAL və "Buta Airvays" aviaşirkətlərinin ləğv edilən reyslərinin biletləri yenidən aktivləşdirilə bilər.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nərmin Xəlilova "Xəzər Xəbər"ə bildirib ki, sərnişinlərə biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə dəyişdirmələrinə icazə verilir. AZAL və "Buta Airvays"in sərnişinləri həmin biletlərin dəyişdirilməsini müvafiq olaraq "[email protected]" və "[email protected]" elektron ünvanı vasitəsi ilə həyata keçirə bilərlər.
Nərmin Xəlilova qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən "Buta Airvays" aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər də tariflər arasındakı fərqi ödəyərək, həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.
Bununla yanaşı, "Buta Airvays"in ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aviaşirkətin hazırkı aşağıbüdcəli xüsusi reyslərinə istənilən istiqamət üzrə dəyişdirə bilərlər.
Alternativ olaraq aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi də təklif edilir. Vauçerin kodu sərnişinin elektron poçtuna göndərilir. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.
"Azərbaycan Hava Yolları" QSC-dən o da bildirilib ki, sərnişin şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, alınan aviabiletlərin tam dəyəri növbəli şəkildə qaytarıla bilər. Sərnişinlər bunun üçün şirkətin elektron poçt ünvanına yazlı şəkildə, o cümlədən çağrı mərkəzinə müraciət edə bilərlər.
Xəbəri paylaş