Həftəsonu avtobuslar işləmədiyindən minlərlə tələbə çətinlik çəkib. Magistr imtahanında iştirak etmək üçün tələbələr ötən gün imtahan verəcəkləri binaya ya şəxsi avtomobillə ya da taksi ilə gəliblər.
"RegionTV.info" xəbər verir ki, 20 minə yaxın bakalavır İmtahanda iştirak üçün 50 manat dövlət rüsumu ilə yanaşı həm də taksi pulu ödəməli olublar.Tələbələr imtahan verəcəkləri məktəblərin uzaq ünvanda yerləşməsindən də şikayətlənirlər.
Bəzi ərazilərdə isə taksi tapmaqda çətinlik çəkənlər də olub.
Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə açıqlamasında bildirdi ki, magistirlərin imtahan verəcəyi yer onların faktiki yaşayış yerinə uyğun təyin edilir.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirdi ki, Nazirlər kabinetinin qərarına əsasən hazırda heftə sonları ictimai nəqliyyat fəaliyyət göstərmir. Əgər həmin gün üçün avtobusların işləməsi barədə qərar verilsə, agentlik bunu təmin edə bilər.
Ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:
Xəbəri paylaş