
"RegionTV.info"nun xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, R.Qazıyev vəzifədə qalsaydı, Kəlbəcər də işğal edilməyəcəkdi: “Bunu tam məsuliyyətimlə deyirəm. Azərbaycan Xalq Cəbhəsinin dəstələri başıpozuqluğu yaratdı. Özünümüdafiə batalyonları buraxıldı ki, nizami ordu yaradılsın. Sonra Rəhim Qazıyevi çıxardılar. Çünki Kəlbəcəri vermək lazım idi...”