Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.
"RegionTV.info"nun məlumatına görə, bunu mətbuat konfransında Ukraynanın Baş naziri Denis Şmiqal açıqlayıb. O bildirib ki, ölkədə gündəlik yoluxma sayı hər gün artır. Şmiqalın sözlərinə görə, artan rəqəmləri görməzdən gəlmək mümkün deyil. Bu səbəbdən karantin məhdudiyyətləri daha da sərtləşdirilə bilər.
Qeyd edək ki, son sutka ərzində Ukraynada koronavirusa 10 057 yoluxma halı qeydə alınıb.
Xəbəri paylaş