
"RegionTV.info"nun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində qeydə alınıb.
Koroğlu prospektində 1991-ci il təvəllüdlü İskəndər Qasımov yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.