
"RegionTV.info"nun xəbərinə görə, bu, YAP-ın VII qurultayıdır. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.