
Qəzada ölənlərin sayı 11 nəfərə yüksəlib.
"RegionTV.info" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralı əsgərlərdən ikisi vəfat edib. Hazırda qəzada ölənlərin sayı 11-ə çatıb, 2 hərbçi isə yaralıdır.
***19:45***
Türkiyədə Bingöl yaxınlarında hərbi helikopter qəzaya uğrayıb.
"RegionTV.info" Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.
Məlumata görə, "Cougar" tipli helikopter Tayvana hərəkət etmək üçün havaya qalxıb və 30 dəqiqə sonra qəzaya uğrayıb.