Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "RegionTV.info"nun məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.