2020-ci ildə Bakı şəhərində həyata keçirilmiş tikinti işlərinin əsas göstəriciləri açıqlanıb.
"RegionTV.info" xəbər verir ki, 2020-ci ildə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 22,7 faizini isə sair tikinti işləri təşkil edib.
Bildirilir ki, ümumi inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Xəbəri paylaş