Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Əslində günah bizdədir, Avropa məhkəmələrinin qarşısında Sarkisyana, Koçaryana, Zori Balayana qarşı iddia qaldırmalıyıq...”






Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Ramil Səfərovu müdafiə komitəsinin üzvü Umud Rəhimoğlu Avropa Məhkəməsinin R.Səfərovla bağlı çıxardığı qərarını təqdir edib. 

U.Rəhimoğlu  açıqlamasında ermənilərin bu məhkəmə üzərindən şour yaratdığını dilə gətirib:

“Əlbəttə, ermənilərin Ramil Səfərovla bağlı məhkəmə iddiası şoudan başqa bir şey deyil. Onlar yüzlərlə, minlərlə azərbaycalı qadınlarını, uşaqlarını qanına-qəltan ediblər. Qətlə yetirilənlərin içində R.Səfərovun də qohum-əqrəbaları olub. Demək istəyirəm ki, bu hadisə Avropada cərəyan edib, Ramili qətli törətməyə sövq ediblər, bununla bağlı Macarıstan məhkəməsinin qərarı olub, həbsinin bir hissəsini orda çəkdikdən sonra Ramil Azərbaycana ekstradisiya olunub və burda da ölkə başçısının əfv sərəncamıyla o, azadlığa buraxılıb. Əlbəttə, bütün bunlar erməniləri çox narahat edir və yaddan çıxarırlar ki, Suqamyıt hadisələrinin başında duran Qriqoryanı Azərbaycandan alıb Moskvaya apardılar və orda məhkəmə zalından azadlığa buraxdılar. Ermənilərdən yeddi nəfərini öldürən məhz elə Qriqoryanın özü idi. Bu cür misallar çox çəkə bilərik. 
Dilqəmlə Şahbazın məsələsinə toxunmaq istəyirəm, yeddinci ilə keçir ki, onlar girovluqdadırlar. Öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülüblər. Yəni ermənilərin onları qeyri-insani bir şəraitdə həbsdə saxlaması heç bir meyarlarla ölçüləsi deyil. Bu gün R.Səfərovla bağlı ermənilər daha çox qara piar aparmağa cəhd edirlər, amma özləri də fərqindədir ki, bu uğursuz bir cəhddir. Nə Koçaryanın, nə Sarkisyanın, nə də Paşinyanın və xanımın göstərdiyi şoularının yanında Ramilin etdiyi cinayət heç də deməzdim ki, böyük bir hadisədir. Əlbəttə, ortada insan ölümü var. Əslində günah bizdədir, biz bu gün Avropa məhkəmələrinin qarşısında Sarkisyana, Koçaryana, Zori Balayana qarşı iddia qaldırmalıyıq. Onlar canidir, azərbaycanlılara qarşı törətdikləri hadisələr Ramilin etdiyindən dəhşətlidir. Ramil Cəbrayılda qohum-əqrəbasının böyük əksəriyyətini itirmiş bir qarabağlı balasıdır, bu faciənin demək olar ki, bütün ağrı-acılarını dadmış birisidir. Ramili bu cinayətə sövq edən səbəblər başa düşüləndir. Amma bundan ermənilər istifadə etməyə cəhd edirlər. Avropa Məhkəməsinin  bu cür obyektiv qərarını təqdir edirəm. Təkcə Avropa Məhkəməsində deyil, dünyanın böyük auditoriyalarında erməni siması ifşa olunmaqdadır. Ermənilərin o maskası artıq üzündən götürülüb, iç üzləri açıqlmaqdadır. Hesab edirəm ki, Azərbaycanın bütün sahələrdə hücum strategiyası öz effektini verməkdədir. Beynəlxalq cameədə Azərbaycanın haqq səsiylə bağlı məqalələr dərc olunmaqdadır”.

Qeyd edək ki, Avropa Məhkəməsi erməni iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi addımı kimi qiymətləndirib və Azərbaycan dövlətinin hadisəyə heç bir təsrinin olmadığı qənaətinə gəlib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də