
"RegionTV.info" xəbər verir ki, Azəraycanın müxalif çizgili, yaxud müstəqil sayılan 4 partiyası sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına birləşəcək.
Onlar aşağıdakılardır:
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.
***
Milli Qurtuluş Partiyasının (sədr Vüqar Oruc) da qurultay keçirdiyi və qurultayda YAP-a birləşməklə bağlı qərar verdiyi qeyd edilib.