
"RegionTV.info" xəbər verir ki, Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 235 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib. Hazırda 3 148 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 2 627 991 test icra olunub.
