Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.
"RegionTV.info"nun məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.
Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir.
COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər mövcud tələblərə uyğun olaraq daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.
Xəbəri paylaş