Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərbaycan-Türkiyə birgə media platforması ilə bağlı müzakirələr kifayət qədər ciddi və praqmatikdir”


Elçin Mirzəbəyli: “Hər zaman qarşıya elə hədəflər qoyulmalıdır ki, onun icrası üçün konkret mexanizmlər mövcud olsun”


Ad - 00:22
Espumisan L

Məlum olduğu, Azərbaycan və Türkiyə arasında birgə media platformasının yaradılmasına qərar verilib.

 

Maraqlıdır, belə bir addım Azərbaycan və Türkiyə arasında intqerasiyanın güclənməsi, hər iki dövlətin maraqlarının beynəlxalq aləmdə daha effektiv müdafiə olunması baxımından nə dərəcədə faydalıdır? Bu, bütövlükdə türk dünyasının maraqları baxımından irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirilə bilərmi?

 

Moderator.az-a açıqlama verən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, media eksperti Elçin Mirzəbəyli baş verənlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

 

“Bu məsələyə ilk növbədə Azərbaycan və Türkiyənin maraqları baxımından yanaşmaq lazımdır. Çünki bu platforma da Azərbaycan-Türkiyə platforması adlanır. Bu, çox doğru və praqmatik bir yanaşmadır. Bundan öncə türk mediası platformasının yaradılması ilə bağlı müxtəlif cəhdlər olunub. Lakin proses irəliyə getməyib. Bunun səbəbi isə ortada fərqli maraqların olması və prosesi əngəlləyən bəzi subyketlərin burada yer alması olub. Təəssüflər olsun ki, o zaman ölkəmizdə də prosesin formal xarakter almasını arzulayan insanlar olub. Bu baxımdan indiki şəraitdə daha praqmatik bir yanaşma sərgilənir.

 

Azərbaycanla Türkiyənin iqtisadi, siyasi və hərbi birliyi nəticə etibari ilə türk dünyasının gələcəyi baxımından ciddi əməkdaşlıq platformasının yaranmasına zəmin yaradıb. Bu konteksdə Azərbaycan-Türkiyə media platforması gələcəkdə bütövlükdə türk dünyası üçün mühüm əhəmiyyət kəsb edə bilər.  

 

Hazırda iki dövlət arasında müzakirə edilən məsələlər mövcud reallıqlar fonunda müvafiq nəticənin əldə edilməsinə hesablanıb. Qarşıya böyük strateji, ideoloji hədəflər qoymaq olar. Lakin bunun həyata keçməsi üçün konkret mexanizmlər yoxdursa, bu ideyaların özü də gözdən düşür və zamanla unudulur. Bu baxımdan mövcud yanaşma və müzakirə edilən məsələləri daha doğru və praqmatik hesab edirəm”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də