Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə işgüzar səfəri çərçivəsində qardaş ölkənin tanınmış kino rejissorları ilə görüşüb.
"RegionTV.info" xəbər verir ki, bununla bağlı rejissorlar sosial şəbəkələrdə paylaşımlar edib.
Belə ki, A.Kərimov hazırda Türkiyədə film reytinqlərində birinci olan “Oyanış böyük Səlcuqlu” pavilyonunu ziyarət edib və filmin rejissoru Emre Konukla görüşüb. Görüşlə bağlı paylaşım edən E.Konukun sözlərinə görə, nazirlə ortaq tarix, mədəniyyət və incəsənət ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, bundan öncə A.Kərimov məşhur “Kurtlar vadisi” filminin rejissoru Osman Sınavla da görüşüb.
Xəbəri paylaş