Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin dördüncü rübündə ölkədə yeni doğulan oğlanlara qoyulan adlar sırasında ən populyarlar: Vaqinak, Sasun, Vreş (qisas anlamında) və Karl olub. Qızlar arasında isə göstərilən dövrdə Sosi, Virgine, Nora və Nare adları liderlik edib.
"RegionTV.info" xəbər verir ki, Bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında yayımlanan “Vaqinak, Sasun və... Karl Ermənistanı xilas edir!” adlı videoda bəhs olunub.
Komitənin rəsmi nümayəndəsi Narek Domoryan milli adların qoyulmasındakı artıma diqqət çəkərək bəzi hallarda körpələrə qoyulan qəribə adları (son rübdə) da göstərib: Avtonom, Boy, Rembo, Arsax, Ranner və.s. Qızlara qoyulan adlarda isə: Lora, Korona, Oqoniya, Epitafiya, Perdita.
Domoryan Rusiyaya köçmək istəyən həmvətənlərinə övladlarına Sirop, Vaqinak, Sasun, Ponos və Uysik (bu adlar rus dilindəki bəzi qeyri-etik ifadələrə bənzədiyi üçün – red.) kimi bəzi adları qoymağı məsləhət görməyib.
Ekspertin sözlərinə görə, bu səhvə yol vermiş insanlar 90 faiz hallarda adları rus adlarına dəyişmək üçün geri qayıtmalı olublar. 10 faizlik hissənin taleyi barədə isə statistik məlumatlar verilməyib.
“Əlbəttə ki, türk adlarının qoyulması tendensiyası da mövcuddur. Əgər buna qədər “İsgəndər” və ya “Ramil” adları qoyulurdusa, indi isə erməni uşaqlarını “Bayraktar” adlandırmaqla bağlı qeydə alınmış cəhdlər var”, - deyə o bildirib.
Xəbəri paylaş