NATO-nun "Birgə Hava Qüvvələri mərkəzi" Suriya, Liviya və Qarabağdakı müharibələri təhlil edərək Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatı barədə hesabat yayımlayıb.
"RegionTV.info" xəbər verir ki, “Pilotsuz uçuş aparatları barədə ətraflı izahat” adlı hesabatın 2-ci hissəsində, türk İHA-larının gücündən və onlara qarşı silah sistemlərindən bəhs edilib. Hesabatda İHA-ların müharibələrdəki həlledici roluna və onların törətdiyi dağıdıcı nəticələrə diqqət çəkilib. Hesabatda “Bayraktar TB2" uğurlu nümunə adlandırılıb və Türkiyənin ilk dəfə İdlib əməliyyatlarında pilotsuz uçuş aparatlarından geniş istifadə etdiyi vurğulanıb.
Bildirilib ki, İHA-lara qarşı ən effektli müdafiə sistemləri hesab olunan Rusiya istehsalı “Pantsir”lər belə “Bayraktar TB2” aparatları qarşısında aciz qalıb. ““Pantsir”lər türk İHA-larını zərərsizləşdirə bilmədi. Müdafiə sistemləri ciddi elektron tədbirləri nəticəsində Bayraktar TB2-dən atılan kiçik və ağıllı raketləri müəyyən edə bilmədi”- deyə hesabatda qeyd edilib.
Xəbəri paylaş