Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanınmış cüdoçu millimizin heyətindən çıxarıldı

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqədə iştirak etməyəcək.

"RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.  Federasiya rəsmisinin sözlərinə görə, 78 kq-dan yuxarı çəkidə yarışan Ukrayna əsilli idmançı zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, martın 7-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın 12 cüdoçusu qüvvəsini sınayacaq. Kişilərdən ibarət komandanın heyətində Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yer alıblar. Qadınlardan isə 48 kq-da Aişə Qurbanlı ilə Leyla Əliyeva mübarizə aparacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də