
"RegionTV.info" xəbər verir ki, sənətçi bu barədə MTV-yə açıqlamasında bildirib. Xuraman qeyd edib ki, sözügedən görüntülərini silməyənlər barədə şikayətçi olacaq:
"Birinci, rica edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm".