Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ölkəyə elektrik avtomobilləri gətirmək istəyənlər üçün VACİB AÇIQLAMA

Elektrik avtomobillərinin rəsmiləşdirilməsi zamanı gömrük rüsumları digər mallarda olduğu kimi elektron bəyannamə əsasında dəyərinə görə hesablanır.

"RegionTV.info"   xəbər verir ki, bunu brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
“Bu zaman əlavə dəyər vergisi hesablanır. Digər vergilər hesablanmır. Bunlar azad olunmadır. Vətəndaş, yaxud sahibkar elektron şəkildə bəyənnaməsini edir və ödəməni həyata keçirir.

Bu proses yarım saat da çəkə bilər, bir saat da. Bizim xüsusi olaraq yeni avtomobillərlə bağlı problemlərimiz yoxdur”, - deyə Səfər Mehdiyev bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də