"Yeni ticarətin asanlaşdırılması mərkəzi layihəsinin üzərində işləyirik. Yaxın günlərdə təkcə hava nəqliyyatında deyil, şəhərin yaxın mərkəzində özəl bir yerdə malları anbardan götürmək istəyən şirkətlər üçün şərait yaradacağıq ki, ikinci, üçüncü ticarətin asanlaşdırılması mərkəzləri vasitəsilə malları oradan götürə bilsinlər".
"RegionTV.info" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.
Xəbəri paylaş